Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Liderin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyası.

10 may 2017 | 11:00

10 may 2017-ci il tarixində Ulu Öndərin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş ağacəkmə aksiyası keçirilmişdir.
   Xalqımızın Ulu Öndəri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 94 illik yubileyi münasibəti ilə ölkəmizdə müxtəlif məzmunlu tədbirlər keçirilməkdədir.
   Qaradağ rayonunda da Heydər Əliyevin 94 illik yubileyi ilə bağlı ayrı-ayrı tədbirlər keçirilir. Təşkil olunan silsilə tədbirlər çərçivəsində may ayin 10-da Qaradağ rayonunda Bakı dairəvi yolunun kənarında ağacəkmə aksiyası keçirilib.
    Ümumilikdə mindən yuxarı həmişə yaşıl dekorativ ağac əkilmişdir.
    Ağacəkmə kampaniyası rayon ictimaiyyətinin nümayəndələri tərəfindən böyük razılıqla qarşılandı.

Keçidlər