Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon gənclərinin iştirakı ilə “28 may - Respublika günü”nə həsr olunmuş “İlk Cümhuriyyət” mövzusunda dəyirmi masa

25 may 2017 | 11:00

25 may 2017-ci il tarixdə Qaradağ Gənclər Evində “28 may - Respublika günü”nə həsr olunmuş rayon gəncləri ilə dəyirmi masa keçirildi. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti məsul əməkdaşı Səmayə Şıxəliyeva, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbsov, Qarabağ Müharibəsi Əlillləri, Veteranları və Şəhid Ailələri İictimai Birliyinin rayon şöbəsinin sədri Maqsud Heydərov və digər qonaqlar iştirak edirdi.
Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov “28 may tarixinin Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri - istiqlal günü olduğunu nəzərə çatdıraraq, 1918–ci ilin May aynının 28–də Azərbaycan milli şurası tərəfindən istiqlal bəyannaməsi ilə Azərbaycan Demokratik Cümhuriyyətinin elan edilməsini söylədi.
Görüşdə iştirak edən 228 saylı tam orta məktəbin müəllimi mövzu üzrə məruzə ilə çıxış etdi. Məruzədə qeyd olundu ki, Azərbaycan Demokratik Respublikası Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Diqqətə çatdırıldı ki, Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyuk naaliyyətlər və qalibiyyətlər əldə etmiş, bu gün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bimədiyi demokratik şəraiti bir əsrə yaxın müddət bundan əvvəl Müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.
Azərbaycan Demokratik Respublikasının gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildiyini təəssüflə deyən Rayon İcra Hakimiyyətinin təmsilçisi Səmayə Şıxəliyeva, Qarabağ Müharibəsi Əlillləri, Veteranları və Şəhid Ailələri İictimai Birliyinin rayon şöbəsinin sədri Maqsud Heydərov 70 il sonra nəhayət 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etməsini tarixi bir qələbə olduğunu xüsusilə qeyd etdilər. Xatırlandı ki, bu dəfə də  müstəqilliyimiz təhlükə altına düşdü, azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu, Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinəşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Çiçəklənmə, iqtisadi inkişaf dövrü başlandı.
Tədbirin sonunda “28 may - Respublika günü”nə həsr olunmuş “İlk Cümhuriyyət” mövzusunda dəyirmi masanın təşkil edilməsi və keçirilməsində yaxından iştirak edən məktəblər fəxri fərmanlarla təltif olundular.

Keçidlər