Şriftin ölçüsü :

Saytın rəngi :

Orta məktəblərində "Son zəng" tədbirləri təntənə ilə qeyd olundu.

14 iyun 2017 | 11:00

14 iyun 2017-ci il tarixində Qaradağ rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri təntənəli qeyd olundu.
Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən yüksək səviyyədə təşkilatı işlər aparılaraq, bu gün bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etdilər.
Hər bir tədbir Azərbaycanın Dövlət bayrağının səhnəyə gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başladı.
Ulu Öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışıldı, rayonumuzda son illər ərzində təhsil ocaqlarının yenidən tikilməsi, əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilməsini təhsildə keyfiyyətin yüksəlməsinə təsir edən amil kimi qiymətləndirdilər. Müstəqil həyatın astanasında duran məzunlara, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.
Lökbatan qəsəbəsində yerləşən Neftçi Qurban adına 288, Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına 228, Ələt qəsəbəsindəki Elman Rzayev adına 127, Puta qəsəbsindəki  Kamran Yaqubov adına 184,  Qobustan qəsəbəsindəki Yusif Əliyev adına 195 nömrəli tam orta məktəblərində keçirilən “Son zəng” mərasimləri daha yaddaqalan oldu.
Mərasimlərdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov,  Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, məktəb kollektivi və valideynlər iştirak etdilər.
Tədbirlərdə çıxış edənlər müstəqil həyatın astanasında duran məzunlarımıza gələcək həyatlarında uğurlar dilədilər, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.
 Qeyd etmək lazımdır ki, rayon üzrə 1408 şagird orta məktəbi məzun olaraq bitirdi.

Keçidlər