Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağda səhiyyə işçilərinin peşə bayramı qeyd olundu

16 iyun 2017 | 11:00

İyunun 16-da Qaradağ Rayon İcra Hakimiyyətində səhiyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi.
     Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayonun səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak etdilər.
     Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova  bütün səhiyyə işçilərini peşə bayramları münasibətilə təbrik etdi, onlara ən xoş arzularını bildirdi və şərəfli işlərində uğurlar arzuladı. Bildirdi ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Dövlət başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Heydər Əliyev Fondu diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır.
       Tibb işçiləri onlara göstərilən hərtərəfli diqqət və qayğı üçün ölkə başçısına minnətdarlıqlarını bildirərək, ölkəmizdə yenidən qurulan tibb ocaqlarının siyahısında rayonumuzun da yer almasının sevindirici olduğunu bildirdilər.
         Tədbirin sonunda bir qrup səhiyyə işçisinə  rayon rəhbərliyinin fəxri-fərmanı və xatirə hədiyyələri təqdim olundu.

Keçidlər