Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun Azərbaycanın Silahlı Qüvvələr günü”nə həsr olunmuş “Nə, Harada, Nə zaman” intellektual oyunu keçirildi

23 iyun 2017 | 11:00

23 iyun 2017-ci il tarixdə Qaradağ rayonu ərazisində yerləşən hərbi hissələrin zabit və əsgərlərindən ibarət komandalar arasında “Nə, Harada, Nə zaman” intellektual oyunu keçirildi.
Tədbirin açılış mərasimində çıxış edən Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova hərbi qulluqçuları Silahlı Qüvvələr günü münsibətilə təbrik edərək onlara gördükləri şərəfli işdə uğurlar arzuladılar. Qeyd ulundu ki, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi və yüksək təşkilatçılığı sayəsində yaradılan Milli ordu qısa zaman kəsiyində regionun ən güclü nizami ordusuna çevrildi. Varislik prinsipinə sadiq qalan Ümummilli Lider Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan Ordusunun  təsis yarandığı  günü - 26 iyun tarixini Azərbaycanın Silahlı Qüvvələr günü kimi qeyd olunması haqqında müvafiq sərəncam imzaladı. Azərbaycan Respublikasinın Prezidenti, Ali Baş Komandan cənab İlham  Əliyevin rəhbərliyi altında Azərbaycan əsgərinin sülhməramlı kimi artıq beynəlxalq əməliyyatlarda iştirak etdiyi iştirakçıların nəzərinə çatdırıldı.
Açılış mərasimindən sonra münsiflər heyəti tərəfindən oyunun qayda və şərtləri izah olundu və  “Nə, Harada, Nə zaman” intellektual oyununa start verildi. Üç turdan ibarət böyük maraqla keçən oyunun ümumi yekun nəticələrinə əsasən “Mühafizəçilər” komandası I yerə, “Dənizçilər” komandası II yerə, “Sülhməramlılar”  komandası  III yerə sahib oldular.  Sonda I,II,III yerləri tutmuş komandalar kubok, müvafiq dərəcəli diplomlar və hədiyyələrlə mükafatlandırıldılar.

Keçidlər