Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində sahibkarlar tərəfindən məqsədyönlü işlər görülür

05 iyul 2017 | 11:00

05 iyul 2017-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində rayon ərazində fəaliyyət göstərən sahibkarların görüşü olub.
Görüşün məqsədi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışına dəstək olaraq məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması işinə rayon sahibkarlarının öz töhfələrini vermək arzusu olub.
Görüşdə “Askorp” MMC, “Sədərək” MMC, “R+R” Compani MMC, “Azcomfort” MMC, “Mətanət A” Şirkətlər Qrupu, “Norm” MMC,  Kingsmart Supermarketlər Şəbəkəsi, “Fidan” kiçik müəssisəsi, “Sapfir” MMC, “Meyvəli” MMC, “ŞA İnşaat” MMC, “Səmayə Co LTD”, Sahil AMTK, “Qaradağ EZ” Mini sement zavod, “Bos Şelf” MMC, “Binə” Ticarət Mərkəzi, “Assmed” MMC-nin rəhbərləri və nümayəndələri iştirak edib.
Rayon sahibkarları adından çıxış edən “R+R” Compani MMC-nin rəhbəri Rafiq Qarayev dövlətin sahibkarlara yaratdığı şəraitə görə ilk öncə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürünü bildirib və ölkədə aparılan sosial əhəmiyyətli tədbirlərin reallaşmasında, xüsusən də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında lazımi köməklikləri göstərməyə hazır olduqlarını diqqətə çatdırıb. R.Abbasov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkün ailələrinə mənzillərin verilməsi mərasimindəki çıxışını xatırladaraq vurğulayıb ki, biznes strukturları da, sahibkarlar da soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşmasına biganə yanaşmayıblar, öz dəstəklərini veriblər və bu təşəbbüsə Qaradağ rayonunda ilk olaraq “Askorp” MMC, “Sədərək” MMC hər biri 1 mənzillə qoşulduğunu söyləyib.
“Askorp” MMC-nin rəsmi nümayəndəsi Cavid Quliyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nı təsdiq etdikdən sonra bu kateqoriyadan olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılmış, on minlərlə ailə üçün yeni qəsəbələr salınmış, ayrı-ayrı şəhər və rayonlarda müasir tipli evlər və mənzillər tikilib məcburi köçkünlərin istifadəsinə verilmişdir.
“Mətanət A” Şirkətlər Qrupunun rəhbəri Elxan Bəşirov, “Azcomfort” MMC-nin nümayəndəsi Xidmət Qurbanov,  “Sədərək” MMC-nin icraçı direktoru Vaqif Hüseynli və digər sahibkarlar çıxış edərək hər zaman fəaliyyətlərində dövlət dəstəyini gördüklərini və buna görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Natiqlər bundan sonra da ölkəmizin güclənməsinə, insanların daha da yaxşı şəraitdə yaşaması üçün həyata keçirilən bütün işlərdə yaxından iştirak edəcəklərini qeyd ediblər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov çıxış edərək ölkə başçısı cənab İlham Əliyev tərəfindən "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiq edildikdən sonra bu kateqoriyadan olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atıldığını, on minlərlə ailə üçün yeni qəsəbələr salındığını, ayrı-ayrı şəhər və rayonlarda müasir tipli evlər və mənzillər tikilib məcburi köçkünlərin istifadəsinə verildiyini, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı humanitar layihələr və digər tədbirlər həyata keçirildiyini vurğulayıb. Lakin bu sahədə görülən irimiqyaslı işlərə baxmayaraq, məcburi köçkünlərin böyük bir hissəsinin hələ də yaşayış üçün yararsız olan ictimai və tikintisi yarımçıq qalmış binalarda, digər müvəqqəti məskunlaşma yerlərində yaşadıqlarını və bir sıra sosial problemlərlə üzləşdiklərini nəzərə alan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irəli sürdüyü bu təşəbbüsə qoşulan və rayonda fəaliyyət göstərən sahibkarlara təşəkkürünü bildirib. Həmçinin hər bir vətəndaşımızın gücü və imkanı daxilində məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması işində fəal iştirak etməli olduqlarını diqqətə çatdırıb.

Keçidlər