Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsində Qaradağ rayon gənclərinin iştirakı

29 avqust 2017 | 11:00

   23-24 avqust 2017-ci il tarixlərində Qaradağ Gənclər Evində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü və Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə  “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” mövsusunda layihə həyata keçirildi. Layihənin tələblərinə əsasən tədbirdə 18-29 yaşı olan gənc oğlanlar iştirak edirdi.
Layihənin açılış mərasimində giriş sözü ilə çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin  rəisi Elçin Abbasov layihənin aktuallığı, onun mahiyyəti və əldə olunması nəzərdə tutulan nəticələr barədə qısa məlumat verərək təlimim başlanması üçün sözü layihənin təlimçiləri olan Tural Abdullazadəyə və Canoğlan İlyasova təqdim etdi.  Seminarda “Qız övladlarının dəyəri nədən ibarətdir?”, “Ailə və qadın,”, “Qadın və təhsil”, “İctimai həyatda aktiv olmağın yolları” mövzularında təlim və məruzələr dinlənilib fikir mübadilələri aparıldı.
Nahar fasiləsindən sonra tədbir sual-cavab mərhələsi ilə davam etdirildi.
Təlimin növbəti günündə iştirakçılara çavablandırılması üçün mövzu üzrə hazırlanmış suallardan ibarət sorğu anketləri paylandı.
Tədbirin sonunda Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin, BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin baş müşaviri Fərid Babayevin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynovun imzaları ilə “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” adlı layihə çərçivəsində həyata keçirilən təlimdə fəal iştirakına görə  hər bir dinləyiciyə şəhadətnamələr verildi.

Keçidlər