Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri başa çatdı

30 avqust 2017 | 11:00

07 avqust 2017-ci il tarixində start götürmüş 18-29 yaşlı Qobustan qəsəbə gənclərindən ibarət komandalar arasında Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyevin xatirəsinə həsr olunan futbol turniri başa çatdı. Turnirdə 16 komanda iştirak edirdi. Görüşə dəvət olunmuş Milli Qəhrəmanın atası Əliyev Əliyusif oyun başlanmazdan əvvəl çıxış edərək turnirin təşkilatçılarına təşəkkür etdi və final görüşünün iştirakçılarına uğurlar dilədi.
“Azəri” və “Təzəkənd” komandaları finala vəsiqə qazandilar. Final oyunu olduqca gərgin mübarizə şəraitində keçdi. Oyun 3-2 hesabı ilə Qobustan qəsəbəsinin Təzəkənd komandasının qələbəsi ilə qurtardı.
Final görüşünün nəticələrinə əsasən qaliblər rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, medallar və diplomlarla mükafatlandırıldılar. Bundan əlavə turnirin keçirilməsində fəal iştirak etmiş şəxslərə, “Ən yaxşı hücumçu”, “Ən yaxşı yarımmüdafiəçi”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı qapıçı”, “Ən yaxşı hakim” nominasiyalarının qaliblərinə diplomlar təqdim edildi.

Keçidlər