Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində kino mövsümünün açılışı

19 sentyabr 2017 | 11:00

15 sentyabr 2017-ci il tarixindən Qaradağ rayon Heydər Əliyev Mərkəzində kino mövsümünün açılışı elan edildi.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” əmrinin icrasını təmin etmək məqsədi ilə 22 avqust 2017-ci il tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında müşavirə keçirilmişdir. Müşavirədə milli kinonun keçdiyi inkişaf yolu, mövcud vəziyyəti və gələcək perspektivləri haqqında məlumat verilmiş, sözügedən əmr bəndlər üzrə təhlil edilərək tövsiyələr tədbir iştirakçılarının diqqətinə çatdırılmış və kino mövsümünün başlanması istiqamətində konkret tapşırıqlar verilmişdir.
Kino mövsümünün ilk günündə Qaradağ rayon 139 saylı orta məktəbin sinif şagirdləri film nümayişində iştirak etdilər. Məktəblilər İlqar Nəcəfin rejissorluğu ilə ərsəyə gəlmiş, milli, mənəvi dəyərləri əks etdirən “Buta” filmini izlədilər.
Kino günləri yanvar ayınadək hər həftənin 2-ci, 4-cü, 6-cı günləri olaraq təyin olunub

Keçidlər