Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomanlığa qarşı mübarizə ümumxalq işidir”

03 oktyabr 2017 | 11:00

                                    
28 sentyabr 2017-ci il tarixdə Puta qəsəbəsindəki 184 saylı məktəbdə “Narkomanlığa qarşı mübarizə ümumxalq işidir” mövzusunda maarifləndirici tədbir keçirilmişdi.
Tədbirdə Rayon Polis İdarəsinin  Narkotiklərlə  mübarizə bolməsinin əməliyyat müvəkkili polis baş leytinantı Nicat Ədilbəyli, psixoloq Məleykə Cəbrayılova,  həkim Sevinc Nəbiyeva, məktəbin direktoru Rəşad Alıcanov, məktəb müəllimləri  və məktəblilər iştirak edirdi.
Tədbir iştirakçıları öncə müvafiq mövzuda rayon gənclərinin çəkdikləri rəsmlərdən ibarət təşkil olunmuş sərgiyə baxış keçirildi. Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov iştirakçıların nəzərinə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş 2013-18-ci illər üçün nəzərdə tutulan “Narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrəDövlət Proqramı”nın icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti başçısı yanında keçirilmiş şuranın qərarına əsasən rayon məktəbliləri ilə müvafiq mövzuda maarifləndirmə işlərinin aparılması planlaşdırılmışdır. O, yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən və onların fəsadlarından danışaraq həmin məsələnin bütün dövrlərdə aktual olduğunu söylədi. Çıxış edən aidiyyatı təşkilatların təmsilçiləri, həkim S. Nəbiyeva, psixoloq  M.Cəbrayılova, polis nümayəndəsi N.Əlibəyli, narkotik vasitələrin profilaktikası ilə bağlı yeniyetmə və gənclərin təmsil olunduqları yerlərdə müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdilər. Tədbirdə sonunda iştirakçılara mövzuya uyğun broşürlər paylandı.

Keçidlər