Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu “TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR”

05 oktyabr 2017 | 11:00

  Oktyabrın 5-də Qaradağ Rayonunun Sahil qəsəbəsindəki “Xəzri” Şadlıq sarayında Qaradağ Rayon İcra Hakimiyyəti Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsi ilə birgə 05 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş ümumrayon tədbiri keçirmişdir. Tədbirdə rayonun təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl təhsil işçiləri və Volqoqrad Dövlət Universitetinin könüllü tələbələrindən ibarət nümayəndə heyəti iştirak edirdilər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Tədbiri Rayon İcra Hakimiyyətinin Başçısının müavini Təranə xanım İsmayılova açaraq zəngin maarifçilik ənənələri olan Qaradağda elmə, təhsilə daim yüksək münasibət bəslənildiyini bildirmiş, müəllimlik sənətinin tarixən cəmiyyətin ən şərəfli peşələrindən biri olduğunu xüsusi vurğulamışdır. O, ölkədə təhsilə münasibətin ciddi şəkildə dəyişdiyini bildirərək, ulu öndərimiz Heydər Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışmış, dahi rəhbərimizin müdrik siyasətinin bu gün Respublikanın Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Müəllimlər günü ərəfəsində cənab prezident İlham Əliyev tərəfindən 9 saylı Xüsusi İnternat məktəbinin direktoru Xanımqız Şükürova “Tərəqqi” Medalı ilə təltif edilmişdir.
Yüksək diqqətə görə rayonun təhsil işçiləri adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirən T.İsmayılova məktəblərin infrastrukturunun yeniləşməsi sahəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da Azərbaycan təhsilinin inkişafında, onun maddi-texniki bazasının möhkəmləndirilməsindəki xidmətlərini xüsusi qeyd etmişdir.
Bildirilmişdir ki, ali məktəblərə bu il 925 nəfər sənəd vermiş, onlardan 580 nəfəri tələbə adını qazanmışdır. Qaradağ rayonunda təhsil sahəsində əldə edilən nailiyyətlər ilbəil artır. Bu il rayonun ümumtəhsil məktəblərini bitirmiş 30 şagirdimiz 600-dən yuxarı bal toplayaraq respublikamızın qabaqcıl ali məktəblərinə daxil olmuşlar. Beynəlxalq və respublika səviyyəli idman, incəsənət, elm və təhsil sahəsində müxtəlif yarışlarda  uğurları olan məktəblilərin də adı qeyd olunmuşdur.  Təhsildə fərqlənən bir qrup qabaqcıl müəllimlər Qaradağ Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
 Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva çıxış edərək, müəllimləri, ümumən rayonun bütün təhsil işçilərini  5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik etmişdir.  Azərbaycanda müəllim əməyinə və şəxsiyyətinə daim yüksək qiymət verildiyini bildirən natiq müstəqil Azərbaycanın gələcəyinin məhz müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan daha çox asılı olduğunu qeyd etmişdir. 
Sonra tədbirdə iştirak edən təhsildə fərqləndiyinə və uzun illik səmərəli fəaliyyətinə görə seçilən bir qrup qabaqcıl təhsil işçilərinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin fəxri fərmanları təqdim olunmuşlar. Daha sonra Volqoqrad Dövlət Universitetinin dosenti Svetlana Çubay Azərbaycan müəllimlərinin peşə bayramını təbrik etmişdir.
Çıxış edən müəllimlər göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.

Keçidlər