Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomanlığa yox deyək”

06 oktyabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş 2013-218-ci illər üçün nəzərdə tutulan “Narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti başçısı yanında keçirilmiş şuranın qərarına əsasən rayon məktəblərinin maarifləndirilməsi işi davam etməkdədir. Qərarın icrası ilə əlaqədar 06 oktyabr 2017-ci il tarixdə Sahil qəsəbəsindəki 319 saylı məktəbdə “Narkomanlığa yox deyək” mövzusunda toplantı keçirildi. Toplantıda  Bakı şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Vəfa Əliyeva, psixoloq Təranə Məhərrəmova, məktəbin direktoru Nəriman Mirzəliyev,  müəllimlər və şagirdlər iştirak edirdi.
Yığıncaqdan öncə müvafiq mövzuda rayon gənclərinin çəkdikləri rəsmlərdən ibarət təşkil olunmuş sərgiyə baxış keçirildi və videoçarx nümayiş etdirildi.
Toplantını giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov iştirakçıların nəzərinə çatdırdı ki, sözügedən Dövlət Proqramından irəli gələn məsələlərin həyata keçirilməsi ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə üzrə” yaradılmış rayon komissiyası tərəfindən silsilə tədbirlər keçirilir və hal-hazırda Sahil qəsəbə gəncləri ilə keçirilən maarifləndirici tədbir də hənim tədbirlər sırasındandır. Daha sonra E.Abbasov müəllim və şagirdlərin nəzərinə çatdırdı ki, cari ayın sonunda “Azərbaycan gəncləri narkotiklərə qarşı” mövzusunda inşa yazı və rəsm müsabiqəsinin keçiriləcək və  onları həmin müsabiqədə iştirak etməyə dəvət etdi.  Çıxışlarında həkim-narkoloq V.Əliyeva, məktəbin direktoru Nəriman Mirzəliyev, direktor müavini Nargilə Əhmədova, psixoloq T.Məhərrəmova narkotik vasitələrin fəsadlarından, digər xəstəliklərə, o cümlədən QİÇS virusuna yoluxmaya bilavasitə səbəb  olduğundan danışaraq narkotiklərə qarşı kütləvi surətdə mübarizə aparmağın vacib olduğunu xüsusilə qed etdilər. Şagirdlər adından çıxış edən Bənövşə Feyziyeva məktəbliləri narkotiklərə qarşı aparılan aksiyada iştirak etməyə dəvət etdi. Tədbirdə iştirakçılara mövzuya uyğun broşürlər paylandı.

Keçidlər