Şriftin ölçüsü :

Saytın rəngi :

“Vol QU Ryadom” təhsil layihəsi çərçivəsində yekun tədbir keçirilmişdir

06 oktyabr 2017 | 11:00

06 oktyabr 2017-ci il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Volqoqraddan gəlmiş “Vol QU Ryadom” təhsil layihəsi çərçivəsində bir qrup könüllü tələbələrinin və müəllimlərinin iştirakı ilə yekun tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatı Mixail Zabelin, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova, Qaradağ rayon məktəbliləri və müəllimləri iştirak etmişlər.
Tədbirdə Milli Məclisin deputatı Mixail Zabelin çıxış edərək, Rusiya və Azərbaycan arasında dostluq-mədəni əlaqələrinin çoxəsrlik tarixə malik olduğunu qeyd etmiş, bu gün də cənab prezident İlham Əliyev tərəfindən bu əlaqələrin daha da inkişaf etdirilməsindən danışmış, Rus dili və mədəniyyətinin təbliğatında göstərdikləri zəhmətə görə könüllülərə təşəkkür etmişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova çıxışında qeyd etmişdir ki, Qaradağ rayon məktəbliləri Volqoqradlıları layiqincə qəbul etmiş və rus dilini mükəmməl bilməklə, yüksək savadlılıq nümayiş etdirmişlər. Bir həftə ərzində Qaradağ rayonunun 6 məktəbində master-klass və intellektual oyunlar keçirilmiş, burada 600-dən çox şagird iştirak etmişdir. Müəllimlər və şagirdlər tərəfindən Volqoqrad Dövlət Universitetinin təqdim etdiyi proqram yüksək qiymətləndirilmişdir. Gələcəkdə də belə tədbirlərin davam edəcəyini və qardaşlaşmış şəhərlər olan Volqoqrad şəhəri və Qaradağ rayonu  arasında mədəni tədbirlərin və proqramların gələcəkdə də daha çox olacağını ümid etdiyini bildirmişdir. Volqoqrad Dövlət Universitetinin dosenti S.Çubay çıxış edərək, Qaradağ Rayon İcra Hakimiyyətinə onlara yaradılan diqqət və qayğıya görə təşəkkür etdi və şagirdlərin rus dilini mənimsəmək səviyyəsini yüksək qiymətləndirdi. Daha sonra “AMOR” təşkilatının Volqoqrad şəhəri üzrə nümayəndəsi Dünya Əhədova çıxış etmişdir. Daha sonra tələbələr və yerli şagirdlər milli musiqi və rəqs nümunələri təqdim etdilər. Sonda tədbir birgə möhtəşəm flaşmobla başa çatdı.


Keçidlər