Şriftin ölçüsü :

Saytın rəngi :

“Kulturologiya və Azərbaycanda davamlı inkişaf” mövzusunda mühazirə keçirilmişdir.

19 oktyabr 2017 | 11:00

    19 oktyabr 2017-ci il tarixində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov tərəfindən “ Kulturologiya və Azərbaycanda davamlı inkişaf ” mövzusunda mühazirə keçirilmişdir.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik Fondu”nun əməkdaşı Ramilə Qurbanlı, rayon mədəniyyət işçiləri və rayon məktəbliləri iştirak etmişdir.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova qeyd etmişdir ki, belə layihələr cəmiyyətin aktual məsələlərindən biri kimi, xalqımızın mədəniyyəti, milli-mənəvi və dini dəyərləri, mənəvi-kulturoloji məsələlər barəsində əhalinin, xüsusilə də gənclərin ciddi, mütəmadi və əhatəli maarifləndirilməsinə yönəlib. Bu tədbirlər gənclərin mənəvi və intellektual inkişafında çox mühüm rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik Fondu”nun əməkdaşı Ramilə Qurbanlı çıxış edərək, Bilik Fondu yarandığı gündən Azərbaycan tarixinin və mədəniyyətinin, azərbaycançılıq məfkurəsinin təbliğinə yönəlmiş tədbirlər təşkil etdiyini, maarifləndirici layihələr həyata keçirtdiyini qeyd etmişdir. Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq professor Fuad Məmmədov Azərbaycan tarixinin və mədəniyyətinin, milli-mənəvi və dini dəyərlərin vacibliyini öz nitqində qeyd etmişdir.  Kulturoloq gənclərə cəmiyyətdə ən çox ehtiyac duyulan mədəniyyət, bilik, dostluq kimi yüksək insani keyfiyyətlərdən,

etik davranış qaydalarından danışmışdır. Kulturoloji testlərin keçirilməsi də iştirakçıların marağına səbəb olmuşdur. Sonda kulturoloq professor Fuad Məmmədov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.
Mühazirə auditoriya tərəfindən böyük maraqla qarşılanmış və belə tədbirlərin davamlı olması arzulanmışdır.

Keçidlər