Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan gəncləri narkotiklərə qarşı” mövzusunda rəsm və inşa-yazı müsabiqələri

20 oktyabr 2017 | 11:00

20 oktyabr 2017-ci il tarixdə Qaradağ Gənclər Evinin təsviri incəsənət klubunda rayon məktəblərinin şagirdləri arasında “Azərbaycan gəncləri narkotiklərə qarşı” mövzusunda rəsm və inşa-yazı müsabiqələrinin final mərhələsi keçirildi.
Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi F. Hüseynov,  Qaradağ rayon Polis İdarəsinin 38-ci bölməsinin Yetkinlik yaşına çatmayanların işi üzrə inspektor polis kapitanı Kamal Əliyev, müəllimlər və şagirdlər iştirak edirdi.
Toplantını giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş 2013-2018-ci illər üçün “Narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nın qarşıya qoyduğu məsələləri iştirakçıların nəzərinə çatdıraraq qeyd etdi ki, həmin proqramın icrasının yerlərdə tətbiq edilməsi ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti başçısı yanında keçirilmiş şuranın qərarına əsasən rayon məktəbliləri ilə müvafiq mövzuda maarifləndirmə işləri davam etdirilməkdədir  və rayon məktəblərinin şagirdləri arasında keçirilən inşa-yazı və rəsm müsabiqələri də həmin qərarın əsasında təşkil olunmuşdur.  Qaradağ rayon İcra Hakimiyyətinin əməkdaşı F.Hüseynov müvafiq komissiya tərəfindən keçirilmiş tədbirlər haqqında qısa məlumat verərək müsabiqədə nümayiş etdirilən işləri və onların müəlliflərinin əməyini yüksək qiymətləndirdi. 
Daha sonra yüksək yerlərə layiq görülmüş inşa işləri oxundu və şagirdlər çəkdikləri rəsmlərin məzmunu barədə iştirakçılara açıqlamalar verdilər.
Tədbirin sonunda müsabiqə qalibləri 228 № li məktəbin şagirdləri Cəfərova Elnarə və İsayev Raul, 184 № li məktəbin şagirdləri Abışova Ruqayə və Məmişova Şəlalə müvafiq dərəcəli diplomlar və medallarla təltif olundular.

 

Keçidlər