Şriftin ölçüsü :

Saytın rəngi :

“Bayraq mənliyimdir, bayraq qeyrətim”

07 noyabr 2017 | 11:00

   166 nömrəli məktəb-liseydə noyabrın 7-də Dövlət Bayrağı gününə həsr edilən tədbir  keçirilmişdir.Ttədbirdə Qaradağ Rayon İcra Haklimiyyəti Başçısının müavini  Təranə İsmayılova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin təşkili bölməsinin inspektoru, polis mayoru Aidə Şirinova iştirak etmişdir.
     IV sinif şagirdlərinin fləşmobu ilə başlayan tədbir daha sonra  “Bayraq mənliyimdir, bayraq qeyrətim”adlı ədəbi-bədii kompozisiya  ilə məktəb-liseyin akt zalında davam etdirildi.
    Tədbiri giriş sözü ilə  açan məktəb-liseyin direktoru şagirdləri, müəllimləri və qonaqları təbrik etdi.  Qaradağ Rayon İcra haklimiyyəti başçısının müavini  Təranə İsmayılova bu günün tarixindən, onun Azərbaycan xalqının həyatında oynadığı roldan söhbət açdı. Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin təşkili bölməsinin inspektoru, polis mayoru, Qarabağ müharibəsi veteranı Aidə Şirinova bu aylı, ulduzlu bayraq uğrunda canlarından keçən Vətən övladlarını andı, bayrağımızın müqəddəsliyindən bəhs edən şeir söylədi.
Şagirdlərin ifasında Azərbaycan bayrağına həsr olunmuş mahnılar və şeirlər tədbir iştirakçılarında dərin təəssürat oyatdı. Dahi Üzeyir bəyin “Çırpınırdın, Qara dəniz” mahnısını bütün zal ifa etdi.
   Şagirdlər  müəllimlərinin rəhbərliyi ilə hazırladıqları bir-birindən gözəl səhnələrlə Azərbaycan Respublikasının Dövlət bayrağı gününə ayrı bir rəng qatdılar. Məktəb-liseyin müəllim kollektivi və valideynlər   şagirdlərin istedadını, Vətənə məhəbbətlərinin təzahürü olasn həyəcanlarını yüksək qiymətləndirdilər.

Keçidlər