Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayon məktəblilərinin Qərb bölgəsinə (Gəncə, Şəmkir və Göygöl) səfəri uğurla başa çatmışdır

14 noyabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında Qaradağ rayon  məktəblilərinin Qərb bölgəsinə (Gəncə, Şəmkir və Göygöl) olan 4 günlük səfəri 14 noyabr 2017-ci il tarixində uğurla başa çatmışdır.
11-14 noyabr 2017-ci il tarixlərində səfərdə olan məktəblilər turun birinci günündə Gəncə şəhərinə çatdıqdan sonra Heydər Əliyev Mərkəzinin qarşısında Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbər işçiləri ilə qarşılanma mərasimi keçirilmişdir. Mərasimdə çıxışlar və konsert proqramı təşkil olunmuşdur. Qrup iştirakçıları Gəncə şəhərində yerləşən Ramada mehmanxanasında yerləşdirildikdən sonra şam yemeyi və əyləncəli oyunlar təşkil olunmuşdur.\
Turun ikinci günündə məktəblilər Gəncə şəhərində yerləşən Heydər Əliyev adına Milli Park, “Qədim Qala” divarları, “Gəncə Tarix Diyarşünaslıq” muzeyi, “İmamzadə” Kompleksi, “Comərdi Qəssab Türbəsi”, Nizami Gəncəvinin məqbərəsi, Nizami Gəncəvi adına Mərkəz, Cavad xan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Amfiteatrla tanış olmuşlar.
Turun üçüncü günündə Şəmkir və Göygöl rayonlarına səfər təşkil olunmuşdur. Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzi “Orta Əsr Şəmkir Şəhəri”, Gənclər Mərkəzi, Bayraq muzeyi, Abidələr parkı, Alman kilsəsi, İstiqlal parkı ilə tanışlıq olmuşdur. Göygöl rayonunda yerləşən Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Alban kilsəsi, Tarix Diyarşünaslıq Muzeyi, Alman evləri, Hacıkənd qəsəbəsi və Göygöl milli parkı ilə tanışlıq məktəblilər tərəfindən maraqla qarşılandı.
14 noyabr 2017-ci il tarixində axşam saatlarında Gəncə şəhərindən qayıdan məktəblilər Qaradağ rayonu Heydər Əliyev Mərkəzinin qarşısında valideynləri və rayon İcra hakimiyyətinin rəsmiləri tərəfindən qarşılanmış, məktəblilər zəngin təəssüratlarını bölüşmüş, onlarla birgə xatirə şəkilləri çəkilmişdir.

Keçidlər