Şriftin ölçüsü :

Saytın rəngi :

“İslam həmrəyliyinin ekstermizmlə radikalizmlə mübarizədə rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

22 noyabr 2017 | 11:00

Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin ekstermizmlə radikalizmlə mübarizədə rolu” mövzusunda maarifləndirici tədbir keçirilib
Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən 110 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Samir Yoldaşov, Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Yusif Nəsirov, Dövlət Təhlükəsizlik Xidməti (DTX) Qaradağ rayon idarəsinin əməkdaşı Arif Hacıyev, Daxili İşlər Nazirliyi (DİN) Qaradağ rayon idarəsinin əməkdaşı Babək Abbasov, Ələt qəsəbə ziyalıları, müəllim və şagirdlər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Yusif Nəsirov təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışaraq bu tip tədbirlərin silsilə xarakteri daşıdığını vurğulayıb.
Sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov “Şəhadət” sənədli filminin maarifləndirmə xüsusiyyətlərindən söz açıb. . O, şəhidlərimizin ölməz xatirəsinə həsr olunmuş “Şəhadət” filminin gənclərə yad, zərərli düşüncələrdən uzaq, vətənpərvər olmaq yolunda bələdçi olacağını bildirib. Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimiz hər bir gənc üçün nümunə olmalıdır.Ölkəmizdə sülh, əmin-amanlıq və həmrəylik şəraitində ayrı-ayrı xalqlar və dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və etimadın mövcudluğunu qeyd edib.Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasını diqqətə çatdıraraq, milli və dini zəmində baş verən münaqişələrdən, radikalizm və ekstremizmi təbliğ edən ideologiyalara qarşı qanunvericilik çərçivəsində aparılan mübarizədən söz açıblar.

Keçidlər