Şriftin ölçüsü :

Saytın rəngi :

Latviya Respublikasının Preyli şəhər dumasının sədri Maruta Plivdanın rəhbərlik etdiyi nümayəndə heyəti C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbində oldular.

23 noyabr 2017 | 11:00

      Qaradağ rayonunda səfərdə olan Latviya Respublikasının Preyli şəhər dumasının sədri Maruta Plivdanın rəhbərlik etdiyi nümayəndə heyəti 23 noyabr 2017-ci il tarixdə Lökbatan qəsəbəsində yerləşən C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbində oldular.
      Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova  Azərbaycan - Latviya dostluq-əlaqələrindən danışdı. Qeyd etdi ki, 2012-ci ilin 14 sentyabr tarixində Latviyanın Preyli diyar bələdiyyəsi ilə Rayonun Sahil bələdiyyəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalanmışdır ki, qarşılıqlı razılaşmaların əldə olunması rayonlar arasında əlaqələrin gücləndirilməsinə öz müsbət töhfəsini verəcəkdir.
      Musiqi məktəbinin direktoru Əfrasiyab Dadaşova qonaqları salamladı. Azərbaycan - Latviya dostluq münasibətilə konsert proqramı təqdim edildi Məktəbin müəllim və şagirdlərinin ifasında Azərbaycan, Latviya və dünya klassiklərinin musiqisi və rəqslər nümayiş etdirilmişdir. Konsertin sonunda qonaqlara Azərbaycan musiqisi haqqında kitablar hədiyyə olundu.
       Qonaqlar  məmnun və xoş təəssüratlarla ayrıldılar.

Keçidlər