Şriftin ölçüsü :

Saytın rəngi :

03 dekabr-Beynəlxalq Əlillər günü münasibəti ilə tədbir keçirilmişdir.

01 dekabr 2017 | 11:00

01 dekabr 2017-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində rayonun aztəminatlı əlil sakinləri ilə görüş keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova çıxış edərək 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis olunmuş Beynəlxalq Əlillər gününün ölkəmizdə qeyd olunmasını Ulu Öndər Heydər Əliyevin əlillərə göstərilən yüksək qayğının nəticəsi kimi qiymətləndirmişdir. Beynəlxalq əlillər gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, onlara maddi və mənəvi yardım göstərmək olduğunu vurğulayaraq, bu gün əlillər üçün tikilən yaşayış sahələrini, sağlamlıq mərkəzlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətinin bariz nümunəsi olduğunu bildirmişdir.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 120 aztəminatlı ailəyə rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardımı verilmişdir.

Keçidlər