Şriftin ölçüsü :

Saytın rəngi :

“Payız inciləri” məktəblilərin əl işlərinin sərgisi keçirildi

30 noyabr 2017 | 11:00

01 dekabr 2017-ci il tarixində Lökbatan qəsəbəsində yerləşən 106 saylı tam orta məktəbdə məktəblilərin, müəllimlərin və məktəb rəhbərliyinin iştirakı ilə "Payız inciləri " adlı bir sərgi keçirilmişdir.
Tədbirin giriş nitqi ilə açan məktəb müdiri Təranə Qasımova tədbir iştirakçılarına məktəbdə keçirilən tədbirlər haqqında geniş məlumat vermiş və şagirdlərin payız fəslinə aid olan bu sərgidə sərgilənən əl işlərinin şagirdlər tərəfindən zəhmət tələb etdiyini qonaqların nəzərinə çatdırmışdır.
İbtidai sinif müəlliməsi Səidə İbrahimova çıxış edərək bildirdi ki; hər bir fəslin öz gözəlliyi olduğu kimi, payız fəslinin də özünəməxsus gözəlliyi var. Bu fəsil etnoqrafiyamızda ayrıca yerə malikdir. Birincilərin məktəbə atdıqları ilk addım da məhz payız fəslinə təsadüf edir. Bəlkə də bu nöqteyi nəzərdən uşaqlarda payız fəslinə belə maraq var.
Qeyd etdi ki, uşaqlarla əl işləri hazırladıqca onlar rəngarəngliyi daha da aydın şəkildə görür və təsvir edirdilər. Tətbiq etdikcə daha dərin biliklərə nail olurdular. Belə ki birincilər "Payızı" təntənəli yola salıb, "Qışı" qarşılamağa hazır olduğunu nümayiş etdirdilər.
Uşaqlar payız fəslinə olan sevgilərini bu cür təsvir etdilər:
Payız olur, əsir soyuq küləklər
Solur dağda, çöldə əlvan çiçəklər      
Gecələr uzanır, günlər qısalır    
Göy üzünü qara buludlar alır.
Tədbiri yekunlaşdıran Təranə Qasımova uşaqların əl işlərinə çəkilən zəhməti yüksək qiymətləndirmiş, uşaqlara dərslərində müvəffəqiyyətlər arzulamışdır.

Keçidlər