Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan ailəsi – 2017” filmi Qaradağ rayonunda nümayişi

09 dekabr 2017 | 11:00

09 dekabr 2017-ci il tarixdə  Qaradağ Gənclər Evində Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan ailəsi” film festivalında uğur qazanmış film rayon gəncləri üçün nümayiş etdirildi. 
Filmin nümayişindən əvvəl keçirilmiş film festivalının məqsəd və vəzifələri haqqında gənclərə məlumat verən Qaradağ rayon gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov qeyd etdi ki, haqqında danışılan festivalın dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərləri qoruyub saxlamaqla gələcək nəsillərə ötürülməsi və ailə mədəniyyətinin təbliğində böyük əhəmiyyətə malikdir. Bu dəyərləri nəzərə alaraq rayon İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyi rayonda keçirilən maarifləndirmə tədbirlərində “Azərbaycan ailəsi – 2017” film festivalından seçilmiş filmləri nümayiş etdirilməsinə dəstək vermişdir.
Daha sonra Gənclər Evinin elektron kitabxanasında filmin nümayişi oldu. Nümayiş etdirilən film gənclər tərəfindən böyük maraqla izlənildi və festivalın daha bir neçə filminin nümayiş etdirilməsi onlar tərəfindən xahiş olundu.

Keçidlər