Şriftin ölçüsü :

Saytın rəngi :

“Coca-cola məktəbli kuboku”

20 dekabr 2017 | 11:00

Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə Respublika məktəblərinin 7-ci sinif şagirdləri arasında keçirilən “Coca-cola məktəbli kuboku”  uğrunda Respublika çempionatının rayon mərhələsinə start verildi. Rayon qəsəbələrinin mərkəzdən uzaq məsafədə yerləşdiyini və eyni zamanda iştirakçıların yaş həddini nəzərə alaraq rayon birinciliyinin dörd zonada keçirilməsi qərara alındı.
Yarışların təqvim planına əsasən oyunlar Lökbatan, Puta, Qızıldaş, Körgöz qəsəbələrinin məktəbləri üçün Lökbatan qəsəbəsində, Sahil, Ümid, Sanqaçal qəsəbələrinin məktəbləri üçün Sahil qəsəbəsində, Müşfiqabad qəsəbələrinin məktəbləri üçün Müşfiqabad qəsəbəsində, Ələt və Qobustan qəsəbələrinin məktəbləri üçün isə Ələt qəsəbəsində keçirilir. 
Rayon mərhələsinin açılışı 20 dekabr 2017-ci il tarixində Lökbatan qəsəbəsindəki Təlim İdman Mərkəzində keçirildi.  Açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov, Təlim-İdman Bazasının direktoru E. Ağayev AFFA-nın nümayəndələri, oyunları zonalar üzrə idarə edəcək hakimlər kollegiyası iştirak edirdi.
Lökbatan zonası üzrə oyunların ümumi yekun nəticəsinə görə I yerə 288 № li məktəbin komandası, Sahil zonası üzrə I yerə 319 № li məktəbin komandası, Ələt zonası üzrə I yerə 195 № li məktəbin komandası layiq görüldü.

Keçidlər