Şriftin ölçüsü :

Saytın rəngi :

“Dünya azərbaycanlılarının həmrəyliyi günü” və “Yeni il bayramı” münasibətilə Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissədə şəxsi heyətlə görüş

28 dekabr 2017 | 11:00

28 dekabr 2017-ci il tarixdə Səngəçal qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində şəxsi heyətlə “Dünya azərbaycanlılarının həmrəyliyi günü” və “Yeni il bayramı” münasibətilə görüş keçirildi. Rəsmi hissə əsgərlərin Azərbaycan Respublikasının Dövlət himnini oxuması ilə başlandı.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin  baş məsləhətçisi İlqar Qasımov “Dünya azərbaycanlılarının həmrəyliyi günü”nün tarixi məqsədləri və əhəmiyyətindən, Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi irimiqyaslı işlərdən danışaraq zabit və əsgərləri həmin gün münasibətilə təbrik etdilər.   
Tədbirin ikinci hissəsində rayon sakini, bir çöx musiqi müsabiqələrinin mükafatçısı Murad Laçınlınin rəhbərliyi ilə “Laçın” instrumental ansamblının ifasında konsert proqramı verildi. Əsgərlərin böyük sevinci ilə müşayiət olunan görüşün sonunda hərbi xidmətdə fərqlənmiş gənc zabit və əsgərlər təşkilatçılar tərəfindən xatirə hədiyyələri və fəxri fərmanlarla təltif edildi və əsgərlərin asudə vaxtının daha da səmərəli keçirilməsi üçün hərbi hissəyə idman malları hədiyyə edildi.

Keçidlər