Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər üçün peşəyünümlü tədbirlər davam edir

26 dekabr 2017 | 11:00

26 dekabr 2017-ci il  tarixdə Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Tədris Mərkəzində Qızıldaş, Puta və Korgöz qəsəbələrindəki tam orta məktəblərinin yuxarı sinif şagirdləri ilə peşəyönümlü tədbir keçirildi. Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi Afət Mayılova Peşə Tədris Mərkəzinin direktoru Vilayət Əliyev, müəllimlər, məktəblilər və gənclər iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov qeyd etdi ki, gənclərin rayon ərazisində tələb olunan iş yerlərinə gənclərin istiqamətləndirilməsi üçün Lökbatan, Sahil, Qızıldaş və Ələt qəsəbələrində fəaliyyət göstəmiş peşə liseyləri və peşə məktəblərinin birləşməsi nəticəsində peşə tədris mərkəzləri yaradılmışdır ki, həmin tədris mərkəzlərində müvafiq peşələr üzrə təsdiq olunmuş tədriz proqramı əsasında ixtisaslar öyrədilməkdədir. Bundan əlavə müəllimlər tərəfindən mərkəzlərdə tədris olunan ixtisaslar barədə dinləyicilərə geniş məlumat verildi. Söylənildi ki, peşəyönümü işin gənc nəslin gələcək taleyində, onların  məşğulluğunun təmin olunmasında  mühüm əhəmiyyət  kəsb edir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq peşə seçən şəxslərdən dəqiqlik, icra intizamı, səliqəlik və şübhəsiz ki, peşəkarlıq tələb edir. Bu keyfiyyətləri isə yalnız tədris yolu ilə əldə etmək mümkündür və bu məqsədlə də rayon peşə tədris mərkəzləri yaradılmışdır. Tədbirdə həmçinin gənclərə düzgün peşə seçimi ilə bağlı zəruri tövsiyələr. Fikir mübadiləsi gəncləri maraqlandıran suallara ətraflı cavab verildi. Sonda peşə ixtisası haqqında filmə baxıldı.

Keçidlər