Şriftin ölçüsü :

Saytın rəngi :

Mikayıl Müşfiqin xatirəsi anıldı

06 yanvar 2018 | 11:00

06 yanvar 2018-ci ildə Qaradağ rayonunda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, müdhiş 30-cu illər repressiyasının qurbanı, öz fitri istedadı ilə milyonlarla oxucu rəğbətini qazanmış Mikayıl Müşfiqin xatirəsi anıldı. Anım mərasimi şairin adını daşıyan Müşfiqabad qəsəbəsində keçirildi. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi C.Bayramov, Gənclər ə İdman İdarəsinin rəisi E.Abbasov, bələdiyyə sədri V.Əliyev, “Könüllülər” kitabxanasının müdiri N.Eyvazov, müəllimlər və məktəblilər içtirak etdi.
Nakam şairin ölümünün 80-ci ildönümünə həsr olunmuş mərasimin iştirakçıları Mikayıl Müşfiqin büstü ətrafına toplaşaraq önünə gül dəstələri qoydular. Şairin həyat və yaradıcılığından, ədəbiyyat tariximizə verdiyi töhfələrdən, şairin yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinə olduğundan söhbət açdılar. Qeyd olundu ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri dillər əzbəridir.
Tədbirin ikinci hissəsi Müşfiq adına Mədəniyyət sarayında davam etdirildi. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olundu. Şairin şeirlərindən parçalar səsləndirildi.

 

Keçidlər