Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsi əlilləri və şəhid ailəsi ilə görüş

19 yanvar 2018 | 11:00

Qaradağ rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iştirakçıları və 20 yanvar şəhidinin ailəsini Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəbul etmişdir.
Görüşdə Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da iştirak etmişdir.
20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirdi. O qeyd etdi ki, xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalq kütlələrini daha da birləşdirərək, xalqımızın özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi.
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldığını və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi.
Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək bildirdi ki, 20 yanvar Azərbaycan tarixinin qanlı səhifəsidir və bu faciə xalqımızın yaddaşında əbədi qalacaqdır. Dövlət tərəfindən faciə qurbanları və iştirakçılar daim xatırlanacaq və onlara lazımi diqqət və qayğı göstəriləcəkdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlandı, onları narahat edən mövzular ətrafında öz fikirlərini bildirdi. Qaldırılan problemlərin həlli istiqamətində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov aidiyyəti üzrə öz tapşırıqlarını verdi.
Görüşün sonunda 20 Yanvar faciəsi əlillərinə və şəhid ailəsinə maddi və ərzaq yardımı göstərildi.

Keçidlər