Şriftin ölçüsü :

Saytın rəngi :

"20 Yanvar şagirdlərin gözü ilə"

18 yanvar 2018 | 11:00

Bu gün 20 Yanvar faciəsindən 28 il ötsə də, həmin günün dəhşətləri unudulmur, azadlıq mücadiləsində canından keçən şəhidlərimizin xatirəsi böyük ehtiramla yad edilir. Qaradağ rayonunda da 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.
18 yanvar 2018-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 5 nömrəli Uşaq İncəsənət məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş "20 Yanvar şagirdlərin gözü ilə" adlı rəsm sərgisi keçirilmişdir.
Tədbirdə ilk öncə vətənimizin azadlığı uğrunda canından keçən mərd oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova  çıxış edərək, 1990-cı il  20 yanvar faciəsinin  Azərbaycanın müasir tarixinə xalqımızın qəhrəmanlıq salnaməsi, qürur günü kimi daxil olduğunu qeyd etdi. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verməsi və onun dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük xidmətlərini sərgi iştirakçılarının nəzərinə çatdırdı. Bildirdi ki,   ökəmizin  ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. İmperiya cəlladları həmin gün neçə-neçə igid oğul və qızımızın qanını töksə də, xalqımızı müstəqillik, azadlıq yolundan döndərə bilmədi. Əksinə, azadlıq əzmini daha da gücləndirdi və qısa müddətdə vətənimizin mərd övladları öz amalına qovuşdu.

Keçidlər