Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ələt inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı

23 yanvar 2018 | 11:00

23 yanvar 2018-cı il tarixində Ələt qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  cənab Emil Abbasov,rayonun hüquq-mühafizə orqanları, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ələt qəsəbəsi üzrə nümayəndəsi Eldar İbrahimov hesabat verərək qeyd etdi ki, 2017-ci il qəsəbə üçün uğurlu il olmuşdur. Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Ələt qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.
Hesabat ili olan 2017-ci il ərzində Ələt qəsəbəsində rayon İcra hakimiyyətinin rəhbərliyi və bilavasitə iştirakı ilə bir sıra abadlıq və quruculuq işləri həyata keçirilmişdir ki, bu işlərin planlaşdırılmasında və icra olunmasında qəsəbə nümayəndəliyi yaxından iştirak etmişdir. Görülən işlər əsas etibarı ilə təmir-tikinti, quruculuq, abadlıq, təmizlik, yaşıllaşdırma və qəsəbə ərazisində səliqə-səhman yaratmaqdan ibarət olmuşdur.
Hesabat yığıncağında iştirak edən qəsəbə sakinləri son illər ərzində qəsəbədə görülmüş işlərdən öz razılıqlarını bildirmiş, ölkə başçısı cənab İlham Əliyevin Ələt qəsəbəsinə səfərindən sonra qəsəbədə mövcud olan qlobal problemlərin kökündən həll olunduğunu vurğuladılar.

Keçidlər