Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəmanlar Ramiz Qəmbərovun xatirəsinə həsr olunmuş “Şuşalı şəhid” və Cavanşir Rəhimovun xatirəsinə həsr olunmuş “Cavanşir” adlı sənədli filmlərin nümayişi ilə bağlı tədbir keçirilib.

18 yanvar 2018 | 11:00

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə Yanvarın 18-də Qaradağ rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Milli Qəhrəmanlar Ramiz Qəmbərovun xatirəsinə həsr olunmuş “Şuşalı şəhid” və Cavanşir Rəhimovun xatirəsinə həsr olunmuş “Cavanşir” adlı sənədli filmlərin nümayişi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Abbas Hüseynov, Mədəniyyət və Turizm Nazirliyi kinomotoqrafiya şöbəsinin əməkdaşı Aynur Nalbant, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşı Tomris Hacıyeva, nümayiş olunmuş sənədli filmlərin rejissoru Kəmalə Musazadə və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə filmlərin ssenari müəllifi və rejissoru K.Musazadə çıxış edərək vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızdan bəhs edib. O , çıxışında bildirib ki, 20 Yanvar faciəsi ərəfəsində Azərbaycanın Milli Qəhrəmanları olan Ramiz Qəmbərovun və Cavanşir Rəhimovun döyüş yoluna həsr olunmuş filmlərin nümayişi Qaradağ rayon gəncləri və ictimaiyyəti üçün əsl vətənpərvərlik nümunəsidir. Həmçinin rejissor qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan tarixində ən qanlı faciədir. Bu faciə sovetlər dövründə xalqların sovet rejiminə qarşı yönəlmiş milli azadlıq hərəkatı idi. Azərbaycanda milli azadlıq ruhunu məhv etmək üçün belə bir faciə törədildi. Ancaq nə sovet ordusunun silahları , nə də müxtəlif təsir vasitətləri Azərbaycan xalqının iradəsini qıra bilməmiş, Azərbaycan müstəqillik əldə etmiş və azadlığına qovuşmuşdur. Eyni zamanda erməni qəsbkarları Azərbaycan torpaqlarına göz dikib elan olunmamış müharibəyə başlamışlar. Azərbaycanın qeyrətli oğulları vətənin müdafiəsinə qalxaraq vətəni qorumaq uğrunda müharibəyə qoşulmuşlar. Haqqında söhbət etdiyimiz Milli Qəhrəmanlar da həmin döyüşlərin şəhidi olublar.
Sonda Milli Qəhrəmanlar Ramiz Qəmbərovun xatirəsinə həsr olunmuş “Şuşalı şəhid” və Cavanşir Rəhimovun xatirəsinə həsr olunmuş “Cavanşir” adlı sənədli filmlər nümayiş etdirilib.

Keçidlər