Şriftin ölçüsü :

Saytın rəngi :

Millət Vəkilləri

Hüseynov Aydın Nəsir oğlu -  Milli Məclisin üzvü

Hüseynov Aydın Nəsir oğlu 1962-ci il fevralın 2-də Tovuz rayonu Çatax kəndində anadan olmuşdur. 
1979 - 1984-cü illərdə Azərbaycan Dövlət Universiteti mexanika-riyaziyyat ixtisası üzrə təhsil almışdır. 1990 - 1996-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə təhsil almışdır. 
Əmək fəaliyyətinə 1985 - 1988-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Neft Kimya Prosesləri İnstitutunda baş laborant kimi başlamışdır.  1988 - 1991-ci illərdə Azərbaycan Gənclər İttifaqı Qaradağ rayon Komitəsi (LKGİ) Komsomol komitə katibi, təlimatçı, təşkilat şöbəsinin müdiri, 1991 - 1994-cü illərdə Səhmdar Kommersiya Əmanət Bankı Qaradağ rayon şöbəsinin müdir müavini, 1994 – 1996-cı illərdə Səhmdar Kommersiya Əmanət Bankı Bakı şəhər idarəsinin kreditləşmə şöbəsinin rəis müavini, 1996-1997-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aparatında baş iqtisadçı, 1997 - 1999-cu illərdə Qaradağ rayon Maliyyə İdarəsinin rəisi, 1999 - 2000-ci illərdə Sumqayıt şəhər Maliyyə İdarəsinin rəisi, 2000 - 2009-cu illərdə Səbail rayon Maliyyə İdarəsinin rəisi, 2009 - 2013-cü illərdə Maliyyə Nazirliyi 7 saylı Xəzinədarlıq İdarəsinin rəisi, 2013-cü ildən Səbail rayon Maliyyə idarəsinin rəisi vəzifəsində çalışır. YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədridir. 
Ailəlidir iki övladı var.

 

Xasayeva Səbinə Səməd qızı  -  Milli Məclisin üzvü

 

 

  Xasayeva Səbinə Səməd qızı 1993-cu ildə Bakı şəhərində anadan olmuşdur. 

Keçidlər