Home Contact Phone
background
  • Ünvan: AZ1063, Bakı şəhəri, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 9
  • Faks: (+994 12) 445 58 08
  • E-mail: mail@qaradagh.gov.az

Xəbərlər

  • Ad günün mübarək şəhidim!

    Ad günün mübarək şəhidim!

    2021-03-05

    Şəhidlər ölməz, vətən bölünməz! Bu gün şəhidimiz Musaoğlu Ataməlinin doğum günüdür!

  • Prezident İlham Əliyev və birinci xanım Mehrib...

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər

    2021-03-01

    Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması mərasimində iştirak etdilər. Məlumat verildi ki, “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunub.

  • Həftə ərzində olmuş qeyri-sabit hava şərait...

    Həftə ərzində olmuş qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Qaradağ rayonunda böyük iməcilik keçirildi

    2021-02-27

    27 fevral 2021-ci il tarixdə səhər saatlarından etibarən rayonun kommunal xidmətləri tərəfindən Qaradağ rayonunda operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanıb. Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən yolların və küçələrin kənarlarının çirklənmədən təmizlənməsinə, səki kənarları, bordyurların və buradakı işıq dirəklərinin yuyulmasına, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib. Eyni zamanda Yaşıllaşdırma Təsərrüfatı Trestinin əməkdaşları yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləyib, sınmış ağaclar budanıb, digər lazımi işlər həyata keçirilib. Qaradağ rayonunun təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər həyata keçirilir. Görülən işlər Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılır.

  • Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümün...

    Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirildi

    2021-02-26

    26 fevral 2021-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun rəhbərliyi ilə Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirildi. Videokonfransda Milli Məclisin deputatı Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Şura üzvləri, aparatın şöbə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalıdan olan şəhid ailələrinin üzvləri iştirak edirdilər.

  • Qaradağ rayon İcra Hakimiyyətinin başçısı d...

    Qaradağ rayon İcra Hakimiyyətinin başçısı daha bir qazi ilə görüşüb

    2021-02-26

    26 fevral 2021-ci il tarixində Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Vətən Müharibəsinin qazisi Dadaşov Eyyub Famil oğlu ilə görüşüb. Qaradağ rayon sakini olan Eyyub Dadaşov döyüşlərdə yaralanıb və hazırda müalicəsini evdə, ailəsinin yanında davam etdirir. 44 günlük Vətən Müharibəsində şərəfli döyüş yolu keçən Elnur döyüşlərin birində yaralanıb.

Foto qalereya