Home Contact Phone
background
  • Ünvan: AZ1063, Bakı şəhəri, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 9
  • Faks: (+994 12) 445 58 08
  • E-mail: mail@qaradagh.gov.az

Xəbərlər

  • Ad günün mübarək şəhidim!

    Ad günün mübarək şəhidim!

    2021-03-05

    Şəhidlər ölməz, vətən bölünməz! Bu gün şəhidimiz Musaoğlu Ataməlinin doğum günüdür!

  • Prezident İlham Əliyev və birinci xanım Mehrib...

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər

    2021-03-01

    Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması mərasimində iştirak etdilər. Məlumat verildi ki, “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunub.

  • Həftə ərzində olmuş qeyri-sabit hava şərait...

    Həftə ərzində olmuş qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Qaradağ rayonunda böyük iməcilik keçirildi

    2021-02-27

    27 fevral 2021-ci il tarixdə səhər saatlarından etibarən rayonun kommunal xidmətləri tərəfindən Qaradağ rayonunda operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanıb. Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən yolların və küçələrin kənarlarının çirklənmədən təmizlənməsinə, səki kənarları, bordyurların və buradakı işıq dirəklərinin yuyulmasına, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib. Eyni zamanda Yaşıllaşdırma Təsərrüfatı Trestinin əməkdaşları yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləyib, sınmış ağaclar budanıb, digər lazımi işlər həyata keçirilib. Qaradağ rayonunun təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər həyata keçirilir. Görülən işlər Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılır.

  • Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümün...

    Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirildi

    2021-02-26

    26 fevral 2021-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun rəhbərliyi ilə Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirildi. Videokonfransda Milli Məclisin deputatı Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Şura üzvləri, aparatın şöbə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalıdan olan şəhid ailələrinin üzvləri iştirak edirdilər.

  • Qaradağ rayon İcra Hakimiyyətinin başçısı d...

    Qaradağ rayon İcra Hakimiyyətinin başçısı daha bir qazi ilə görüşüb

    2021-02-26

    26 fevral 2021-ci il tarixində Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Vətən Müharibəsinin qazisi Dadaşov Eyyub Famil oğlu ilə görüşüb. Qaradağ rayon sakini olan Eyyub Dadaşov döyüşlərdə yaralanıb və hazırda müalicəsini evdə, ailəsinin yanında davam etdirir. 44 günlük Vətən Müharibəsində şərəfli döyüş yolu keçən Elnur döyüşlərin birində yaralanıb.

  • Ad günün mübarək şəhidim!

    Ad günün mübarək şəhidim!

    2021-02-26

    Şəhidlər ölməz, vətən bölünməz! Bu gün şəhidimiz Eyvazlı Məzdək Əli oğlunun doğum günüdür!

  • “Xocalı soyqırımı”nı unutma

    “Xocalı soyqırımı”nı unutma

    2021-02-25

    “Xocalı soyqırımı”nın 29-cu ildönümü ilə əlaqədar Qaradağ rayonunda silsilə tədbirlər keçirilir. Rayon məktəblərinin şagirdləri arasında onlayn qaydada “Xocalı faciəsini unutma” mövzusunda inşa-yazı və rəsm müsabiqələri keçirilmişdir. Rəsm müsabiqəsinə təqdim olunmuş 36 işdən I, II, III yerlər və 5 ədəd fərqlənmiş iş, inşa yazı müsabiqəsinə isə təqdim olunmuş 45 işdən I, II, III yerlər və 5 ədəd fərqlənmiş yazı işi seçilərək mükafatlanmaya layiq görülmüşdür.

  • Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq ...

    Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Qaradağ rayonunda kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışır

    2021-02-24

    23 fevraldan 24 fevrala gecədən başlayaraq Qaradağ rayonunun qəsəbələrində əsas küçə, prospekt və yollara, həmçinin respublika əhəmiyyətli avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib. Maşın-mexanizmlər və canlı qüvvə gecəboyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilər, problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb. Aparılan qabaqlayıcı tədbirlərin nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

  • Xocalı soyqırımını unutma!

    Xocalı soyqırımını unutma!

    2021-02-22

    Bəşəriyyətə qarşı törədilmiş ən qanlı, ən faciəli qırğınlardan biri olan Xocalı faciəsindən 29 il ötür. Lakin 29 il ötməsinə baxmayaraq həmin müdhiş gün, o dəhşətli gecə bizim yaddaşımızda qalmaqdadır və əbədi olaraq da qalacaqdır. Beynəlxalq hüquqa görə soyqırım sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Qaradağ rayonunun yeniyetmə və gəncləri həmin hüquqi əsaslara istinad edərək Xocalıda törədilmiş qanlı aksiya barədə həqiqətləri dünya ictimaiyyətinin nəzərinə çatdırmaq, ermənilər tərəfindən türksoylu xalqlara qarşı yürüdülən soyqırım siyasətinə beynəlxalq təşkilatların hüquqi status verilməsinə nali olmağı özünün əsəs vəzifəsi hesab edir. Bu məqsədlə Heydər Əliyev Mərkəzində rayon gəncləri tərəfindən Хоcаlı fаciəsinin 29-cu ildönümü ilə bağlı beynəlxalq təşkilatların, aparıcı dövlətlərin parlament üzvlərinin, nüfuzlu media nümayəndələrinin E-MAİL-lərinə Xocalı soyqırımı haqqında reallıqların göndərilməsi aksiyası start götürmüşdür. Aksiya hal-hazırda davam etməkdədir.

  • Lökbatan qəsəbəsində “Abad məhəllə” sa...

    Lökbatan qəsəbəsində “Abad məhəllə” sakinlərin istifadəsinə verilmişdir

    2021-02-22

    Rayonun bütün qəsəbələrində əhalinin asudə vaxtının təşkili və səmərəli istirahətinin təmin edilməsi üçün abad məhəllənin salınması üçün yerlər ayrılır. Lökbatan qəsəbəsinin D.Bünyatzadə küçəsində 14, 14a və 14b binalarının həyətində salınmış növbəti abad məhəllə istifadəyə verilmişdir. Ətraf ərazilər abadlaşdırıldı, yeni yaşıllıq zolaqları salındı, abad məhəllədə kölgəliklər və uşaq meydançaları quraşdırıldı. Ətrafda olan çoxmərtəbəli yaşayış binaların fasadları və giriş qəfəsləri təmir edildi. Şüşələnmə və boyaq işləri görüldü, binaların həyətində asfalt örtüyü salınıb və küçə işıqları quraşdırılmışdır. Binaların dam örtüyü də yenilənmişdir.

  • Qazimizin övladı dünyaya gəlmişdir

    Qazimizin övladı dünyaya gəlmişdir

    2021-02-22

    Bu gün qürur mənbəyimizə çevrilən şəhidlərimiz və qazilərimiz bütün Azərbaycan fəxr edir! 20.02.2021-ci ildə qazımız, 2 qrup Qarabağ əlili Əhmədov Elvin Arif oğlunun Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qız övladı dünyaya gəlib.

  • Qaradağ rayon sakinlərinin vaksinasiyası proses...

    Qaradağ rayon sakinlərinin vaksinasiyası prosesi uğurla davam etdirilir

    2021-02-17

    “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir. Fevral ayının 8-dən etibarən COVID-19 əleyhinə vaksinasiyasının növbəti mərhələsi həyata keçirilməyə başlamışdır. Bu mərhələnin nizamlı təşkil olunması məqsədi ilə 65 yaşdan yuxarı vətəndaşlarımız 5 fevral 2021-ci il saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanından qeydiyyatdan keçməklə vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçmiş və özünün əvvəlcədən təyin etdiyi vaxtda qeydiyyatdan keçmişdir.

  • Qaradağ rayon İcra Hakimiyyətinin başçısı d...

    Qaradağ rayon İcra Hakimiyyətinin başçısı daha bir qazi ilə görüşüb

    2021-02-16

    16 fevral 2021-ci il tarixində Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Vətən müharibəsinin qazisi Səmədov Elnur Eldar oğlu ilə görüşüb.

  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış ...

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 9-cu ildönümü qeyd olunmuşdur

    2021-02-13

    13 fevral 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 9-cu ildönümü onlayn qeyd olunmuşdur. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, müavinlər, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin şəxsi heyəti iştirak edirdilər.

  • Qaradağ rayon İcra Hakimiyyətində şəhid ail...

    Qaradağ rayon İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib

    2021-02-11

    11 fevral 2021-ci il tarixində tarixində Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Müşviqabad qəsəbəsindən olan şəhid ailələri ilə rayon İcra Hakimiyyətində görüş keçirib. Görüş iştirakçılarını salamlayan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.

  • Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı v...

    Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları video qəbul formatında dinlədi

    2021-02-10

    10 fevral 2021-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun rayonun bütün qəsəbə sakinləri ilə növbəti dəfə video-qəbulu keçirilmişdir. Video-qəbul formatında keçirilmiş qəbulda rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri də onlayn iştirak etmişlər.Video qəbulda ümumilikdə 10 nəfər rayon sakini fərdi qaydada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən dinlənilmişdir.

  • "Təklifim var" portalı ilə tanışlı...

    "Təklifim var" portalı ilə tanışlıq

    2021-02-10

    “Regional İnkişaf” İctimai Birliyi (RİİB) vətəndaşlara müxtəlif sahələr üzrə təkliflər təqdim etmək imkanı yaradan http://www.teklifimvar.az portalını istifadəyə verib.

  • Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Ab...

    Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Abad məhəllə” layihəsi üzrə işlər davam etdirilir.

    2021-02-09

    Rayonun bütün qəsəbələrində əhalinin asudə vaxtının təşkili və səmərəli istirahətinin təmin edilməsi üçün abad məhəllənin salınması üçün yerlər ayrılır. Hazırda isə Lökbatan qəsəbəsi, 1595 keçid, 13 və 15 saylı binalarının həyətində növbəti abad məhəllələrin tez bir zamanda istifadəyə verilməsi üçün işlər gedir. Rayon ərazisində salınan abad məhəllələr Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınır.

  • “Təhsil” Respublika İdman Mərkəzinin  11 ...

    “Təhsil” Respublika İdman Mərkəzinin 11 №li Uşaq Gənclər İdman Məktəbinin Vətən Müharibəsi iştirakçıları ilə onlayn görüş keçirildi

    2021-02-08

    08 fevral 2021-ci il tarixdə Vətən Müharibəsində iştirakçıları ilə Qaradağ rayon idmançıları və məşqçilərinin virtual yığıncağı keçirildi. Yığıncaqda millət vəkili Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, xüsusi təyinatlı qüvvələrin giziri Nazim Məmmədov, Vətən Müharibəsi iştirakçısı Murad İsmayılzadə, xüsusi təyinatlı qüvvələrin giziri, qazi Elvin Vəliyev, müəllimlər, şagirdlər iştirak edirdi.

  • Qaradağ rayon İcra Hakimiyyətində şəhid ail...

    Qaradağ rayon İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib

    2021-02-05

    Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov növbəti dəfə şəhid ailələri ilə rayon İcra Hakimiyyətində görüş keçirib

  • Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Qa...

    Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Vətən Müharibəsi – Qarabağ Zəfəri” adlı inşa yazı müsabiqəsinin yekun turu

    2021-02-05

    05.02. 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şanlı Qələbəmizə həsr olunmuş “Vətən Müharibəsi-Qarabağ Zəfəri” adlı onlayn inşa yazı müsabiqəsinin rayon turu keçirilmişdir. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova, Qaradağ Rayon İcra Hakimiyyəti İctimai-siyasi və hum

  • Şəhid ailələri ilə Qaradağ Rayon İcra Hakim...

    Şəhid ailələri ilə Qaradağ Rayon İcra Hakimiyyətində görüş keçirilib

    2021-02-03

    Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov şəhid ailələri ilə Rayon İcra Hakimiyyətində görüş keçirib

  • Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı v...

    Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları video qəbul formatında dinlədi

    2021-02-03

    03 fevral 2021-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun rayonun bütün qəsəbə sakinləri ilə növbəti dəfə video-qəbulu keçirilmişdir. Video-qəbul formatında keçirilmiş qəbulda rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri də onlayn iştirak etmişlər.Video qəbulda ümumilikdə 12 nəfər rayon sakini fərdi qaydada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən dinlənilmişdir.

  • 2 fevral Gənclər günü

    2 fevral Gənclər günü

    2021-02-02

    1 fevral 2021-ci il tarixdə “2 fevral – Azərbaycan gəncləri günü” münasibətilə rayonun fəal gənclərinin virtual yığıncağı keçirildi. Yığıncaqda millət vəkili Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, idarə və təşkilat rəhbərləri, fəal gənclər iştirak edirdi. Yığıncağın əvvəlində II Qarabağ savaşında və eyni zamanda Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqilik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov Dövlət Gənclər Siyasəti istiqamətində idarənin gördüyü işlər, “2 fevral gənclər günü” münasibətilə keçirilmiş tədbirlər barədə qısa məlumat verdi. Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq Azərbaycan gənclərini vahid təşkilat altında birləşdirmək, dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulandı.

  • 2 fevral "Gənclər Günü" ilə əlaqə...

    2 fevral "Gənclər Günü" ilə əlaqədar Vətən Müharibəsində iştirak etmiş Qaradağ rayonunun veteranları ilə birlikdə Gənclər siyasətinin banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad ediblər

    2021-02-02

    Qaradağ Gənclər Evinin əməkdaşları 2 fevral "Gənclər Günü" ilə əlaqədar Vətən Müharibəsində iştirak etmiş Qaradağ rayonunun veteranları ilə birlikdə Gənclər siyasətinin banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib və büstü önünə gül dəstələri qoyublar. Eyni zamanda əməkdaşlarımız veteranlarımızla birlikdə Vətən Müharibəsində canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət etmək üçün Şəhidlər xiyabanında olublar.