Ermənistanın Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn cinayət əməlləri ümumilikdə bəşəriyyətə qarşı soyqırım olmuşdur !
İki əsrdən artıqdır ki, Azərbaycan xalqına qarşı davam etmiş erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimiz olmuşdur. Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən problem olaraq qalır. Çünki Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törətmişdir.
İşğal nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda dağıdılan muzeylər, məscidlər, abidələr tək Azərbaycan xalqının deyil, bütün İslam dünyasına, ümumilikdə isə bəşəriyyətə aiddir. Ermənilərin etdiyi ümumilikdə bəşər mədəniyyətinə qarşı edilən təcavüzdür. 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonrakı dövr ərzində işğal altındakı ərazilərdə dağıdılan mədəniyyət, tarixi-dini abidələrin sayı hərbi münaqişə zamanı dağıdılmış abidələrin sayından çoxdur. Ermənistan planetin mühafizəsində duran 300-dən çox beynəlxalq konvensiyanın bir çox müddəalarını pozub. Erməni vandalizmi, onların işğal olunmuş Azərbaycan ərazilərində, eləcə də Ermənistanda mədəniyyət, tarixi-dini abidələrə qarşı törətdikləri vəhşiliklər haqqında kifayət qədər əsaslı fakt var.
Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılmışdır..Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilmişdir.. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları qəsdən dağıdılmış,Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilmişdir..
Ermənilər bu yolla bizim minilliklər boyu yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəmişlər. Ermənilər vandalizm nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirməkdən çəkiməmişdirlər.
Ali Baş Komandan və Azərbaycanın qüdrətli ordusu sayəsində işğalda olan Qarabağ torpaqları erməni təcavüzündən xilas oldu və bütün bu vandalizmə son qoyuldu. Cənab Prezidentin söylədiyi kimi Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağda bütün mədəni,tarixi abidələrimiz bərpa ediləcəkdir!
Dilarə Məmmədova
Qaradağ rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktoru