Bizim ana dilimiz Azərbaycan dilidir. Azərbaycan dili bizim müqəddəs sərvətimiz və varlığımızdır. Bu dil - üzərində boy atıb, böyüdüyümüz Vətənimizin dilidir. Ana dilini qorumaq –milləti qorumaq deməkdir.
Azərbaycan dilinin varlığını, saflığını qorumaq, yad təsirlərdən qurtarmaq hər bir vətəndaşın müqəddəs borcudur.
Hər bir dili yaşadan, inkişaf etdirən onun xalqıdır. Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində Azərbaycan dilinin ümumişlək dilə, dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol açmasına zənginləşərək böyük nüfuz qazanmasına gətirib çıxarmışdır.
Heydər Əliyev dil siyasəti məsələsini daim diqqətdə saxlamış, ana dilimizin inkişafı naminə misilsiz xidmətlər göstərmişdir.
Hələ 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi böyük bir hadisə idi. Azərbaycan dilçiliyində ilk dəfə olaraq 4 (dörd) cildlik “Müasir Azərbaycan dili” adlı fundamental dərslik çap olunmuşdur.
Müstəqillik dövründə Azərbaycan dilinin qorunması istiqamətində bir çox əhəmiyyətli sənədlər qəbul edildi.
2001-ci il 9 avqust fərmanı ilə avqustun 1-i ölkəmizdə Azərbaycan dili və Azərbaycan əlifbası günü kimi qeyd edilir.
Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Ölkəmizdə ana dilinin hər tərəfli inkişafı beynəlxalq münasibətlər sisteminə yol tapması, Ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətidir.
Hazırda bu ənənəni Prezident İlham Əliyev davam etdirməkdədir.
Prezidentin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamı buna misaldır.
Ulu öndərimiz Heydər Əliyevin tez-tez söylədiyi bir ifadə var idi: “Hər bir xalqın Milli mənsubiyyəti onun Milli qürur mənbəyidir”.
“Mən fəxr edirəm ki, Azərbaycanlıyam”
Ulduz Heybətova
2 saylı filialın müdiri