Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə 11 yanvar 2021-ci ildə Moskva şəhərində üç tərəfli görüş keçirildi. Bir tərəfdə məğrur duruşlu qalib ölkənin prezidenti müzəffər ordunun ali baş komandanı Cənab İlham Əliyev var idi. Bir tərəfdə isə sağaldacağına zəmanət verdiyi xəstənin öldüyünü xəstə yaxılarına necə deyəcəyini məsləhətləşmək üçün baş həkimin yanına qaçan əməliyyatçı kimi görünən Ermənistanın baş naziri Nikol Paşiyan idi. Görüşün nəticəsi isə görüş bitəndən sonra Paşinyanın üzündəki məyusluq ifadəsindən aydın görünürdü. Aydın məsələ idi ki, bəlkədə hansısa ümüdlərlə görüşə gələn erməni baş nazir heç nə əldə etməmişdi. Görüşdən sonra mətbuat konfransında səsləndirdiyi fikirlər o qədər qeyri ciddi səslənirdi ki Cənab prezident İlham Əliyev, Paşinyanın dediklərinə reaksiya vermək fikrinə belə düşmədi. Hərəkətlərindən də göründüyü kimi çox gərgin və məyus görünən erməni baş nazirin bir göz yaşı tökmədiyi qalmışdı. Amma hətta göz yaşı tökməsidə bir fayda etməzdi necə ki, Rusiyanın ən yaxşı xarici film nominasiyasında ali film mükafatı olan oskar mükafatını almış məşhur filmdə deyildiyi kimi Moskva göz yaşlarına inanmır! Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini qiymətləndirərək görüşdə iştiraka razılıq vermişdi. Bu görüş 10 noyabr üçtərəfli bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi. Üçtərəfli görüşdə əsas müzakirə predmeti isə regiondaki iqtisadi və nəqliyyat kommunikasiya məsələsi idi. 10 Noyabr bəyanatanın 9-cu bəndindəki tərəflər arasında nəqliyyat kommunikasiyasının qurulmasını həyata keçirmək üçün işçi qruplarının yaradılması üçün görüşdə razılıq əldə olundu. Və yeni iqtisadi-ticari bəyannamə imzalandı. Nəyannaməyə əsasən Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yanvarın 30-dək ilk iclasını keçirəcək, fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradacaqlar.
Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər. Görüşdən sonra Cənab Prezidentin verdiyi açıqlama isə görüşün açıq şəkildə rəsmi Bakının istədiyi formada bitdiyini göstərdi. Cənab prezident çıxışında bildirdi ki, kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir. Beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək.
Həmçinin cənab prezident onu da vurğuladı ki Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan tərəfi qapalı görüşdə istədiyinə nail olub. Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı.
Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir.Bu, faktiki olaraq “Mehri dəhlizi” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir. Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəi olacaq.
Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Tükiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtsadi əhəmiyəti artacaq. Erməni baş nazirin daha bir fiaskosu isə əsir və girovlarla bağlı idi. Paşinyan görüşdən sonra keçirilən mətbuat konfransında çarəsiz şəkildə əsir və girovlarla bağlı heç bir nəticənin əldə olunmadığını da bildirdi.
Qapalı qapılar arxasında keçirilən dörd saatlıq görüş bitdi. Rusiya mətbuatın da yazdığı kimi görüşdə diqtə edən tərəf də hərb meydanında da üstün olan Azərbaycan idi. Digər yanda isə puç olmuş ümidlər, həyata keçməyən tələblər və ümumiyyətlə münaqişəyə Fransız qalanlar var idi.
Beləliklə, anlaşılan odur ki, Rusiya Dağlıq Qarabağın hüquqi-siyasi, maliyyə-iqtisadi idarəçilik məsuliyyətini Azərbaycana ötürməyə hazırlaşır. Əvəzində isə Azərbaycan və Ermənistan arasında ticarət və iqtisadi əlaqələrin qurulmasına, kommunikasiya xətlərinin açılmasına çalışır.
Samir Ağayev
Qaradağ rayonu, Lökbatan qəsəbə sakini
Ziyalı, jurnalist