Home Contact Phone
background
  • Ünvan: AZ1063, Bakı şəhəri, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 9
  • Faks: (+994 12) 445 58 08
  • E-mail: mail@qaradagh.gov.az

Xəbərlər

  • 20 Yanvar hadisələri Azərbaycana qarşı törə...

    20 Yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayətdir

    2021-01-20

    20 Yanvar hadisələri beynəlxalq hüquqi riyakarlığın təzahürüdür. SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəldi və 20 iyul 1990-cı il tarixində cinayət işinə xitam verilməsi barədə qərarı verildi. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparıldı və qaytarılmadı.

  • 20 yanvar hadisələrinə siyasi qiymət məhz Ulu...

    20 yanvar hadisələrinə siyasi qiymət məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildi

    2021-01-20

    20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən verildi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.

  • Azərbaycan dövləti və xalqı öz şəhidlərin...

    Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur

    2021-01-20

    20 Yanvar hadisələrin nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.

  • Yanvar ayının 19-dən Qaradağ rayonunda COVİD ...

    Yanvar ayının 19-dən Qaradağ rayonunda COVİD 19 koronavirus infeksiyası ilə mübarizə çərçivəsində vaksinasiya prosesi başlayıb.

    2021-01-19

    Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 2021-ci ilin yanvarın 19-dan əhalinin vaksinləşmə prosesi başlanılmışdır.

  • Azərbaycan regionda yeni reallıqlar yaradır

    Azərbaycan regionda yeni reallıqlar yaradır

    2021-01-19

    Prezidenti müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan xalqının, onun şanlı və rəşadətli ordusunun misilsiz qəhrəmanlığı sayəsində 44 gün davam edən Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirildi və işğalçı Ermənistan məğlubiyyətə uğradı. İşğal altındakı ərazilərimiz düşmən tapdağından azad edildi, dədə-baba torpaqlarımız əsl sahiblərinə qaytarıldı. Bu möhtəşəm tarixi Zəfərimiz ərazi bütövlüyümüzü bərpa etməyimiz, qaniçən ermənilərin və Ermənistanın işğalçılıq siyasətinə son qoyulması ilə başa çatdı. Otuz ilə yaxın davam edən Qarabağ münaqişəsi ədalətli həllini tapdı.

  • Qarabağı qısa müddətdə bərpa edəcəyik

    Qarabağı qısa müddətdə bərpa edəcəyik

    2021-01-19

    Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri olduqca mühüm tarixi hadisədir. Dövlət başçımız səfəri zamanı vətəndaşlarımızın, xarici vətəndaşların və xaricdə yaşayan azərbaycanlıların Şuşaya təyyarə ilə rahat gələ bilmələri üçün Füzuli Beynəlxalq Hava Limanının təməlini qoydu və burada beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə başlanılmasına dair göstərişlər verdi. Azərbaycanın digər şəhərlərindən Şuşaya rahat gediş-gəlişə imkan yaradıldı. Yaxın gələcəkdə isə azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. Bütün bu planların həyata keçirilməsi nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması üçün strateji əhəmiyyət daşıyır.

  • ELAN

    ELAN

    2021-01-18

    Qaradağ rayonun Lökbatan qəsəbəsinin 1-ci massiv ünvanında d=300 mm-lik su xəttində baş vermiş qəza ilə əlaqədar su xəttinin təmir edilməsi üçün bu gün saat 10:30-dan 18:00-dək içməli suyun verilməsində fasilə yaranacaqdır.

  • Söz və əməlin vəhdəti

    Söz və əməlin vəhdəti

    2021-01-18

    Çıxışlarından birində Prezident İlham Əliyev söyləmişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri Şuşada qoyulacaq. Bu sözlər də reallığa çevrildi. Natəvanın, Üzeyirin, Bülbülün “güllələnmiş büstlər”i doğma Vətəninə-Şuşaya qaytarıldı və həmin dahi şəxsiyyətlərin büstləri Şuşada əvvəlki yerlərinə qoyuldu. Prezident İlham Əliyev Şuşanı mədəniyyətimizin paytaxtı elan etməklə və büstlərin Şuşaya qaytarılmasına dair göstəriş verməklə mədəniyyətimizlə bağlı verdiyi vədi də yerinə yetirmiş oldu. Artıq azad Şuşa, dirçəlir. Noyabrın 8-də Ali Baş Komandan demişdi ki, əziz Şuşa, biz səni dirçəldəcəyik. Artıq Şuşada böyük quruculuq işlərinə start verilib. Bu isə o deməkdir ki, biz Şuşaya qayıdırıq. Azərbaycan güc, əzm, iradə, cəsarət, mətanət, milli ruh hesabına tarixi ədaləti bərpa edir və görülən işlərin fonunda bu bərpa zamanla da davam edəcək.”Şuşanın əsl sahibləri qayıdıb,biz qayıtmışıq...”

  • Prezident cənab İlham Əliyevin və  Birinci Vit...

    Prezident cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Şuşaya tarixi səfərini hər bir azərbaycanlı böyük coşqu və qürur hissi ilə qarşıladı

    2021-01-17

    Tarixi təcrübə də göstərir ki, ölüm-dirim savaşında birliyi olan ölkələr, yüksək idarəçilik qabiliyyətinə malik, dövlətinin, xalqının gələcəyini düşünən, iradəli, qətiyyətli, dövlət maraqlarını hər şeydən üstün tutan liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü. Qalib Azərbaycanın, rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı kimi cənab İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərləri bunun bir daha təsdiqidir.

  • ƏZİZ ŞUŞA-SƏN AZADSAN

    ƏZİZ ŞUŞA-SƏN AZADSAN

    2021-01-17

    2020-ci ilin sentyabrı ilə noyabrı arasında olan 44 gün Azərbaycan tarixinin ən əlamətdar tarixi hadisələrindən birinə çevrildi. Məhz bu 44 gün ərzində Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı düşmən işğalından azad edərək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi 21-ci əsrin müharibəsidir. 44 günlük müharibənin hər bir günü zəfər günü idi”. Bu şərəfli tarixin kulminasiyası noyabrın 8-də Azərbaycanın qədim Şuşa şəhərinin işğaldan azad olunmasında öz əksini tapdı.

  • Şuşa-Qafqazın sənət məbədi

    Şuşa-Qafqazın sənət məbədi

    2021-01-17

    “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

  • Qaradağ rayonunda gücləndirilmiş dezinfeksiya ...

    Qaradağ rayonunda gücləndirilmiş dezinfeksiya işləri görülür

    2021-01-16

    Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayonda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə rayonun bütün qəsəbələrində həyata keçirdiyi tədbirlər davam edir. Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyətinin strukturları tərəfindən yanvarın 16-da səhər saatlarından başlayaraq rayonun əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikaları və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

  • Şuşa mədəniyyət beşiyi

    Şuşa mədəniyyət beşiyi

    2021-01-13

    “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” İlham Əliyev

  • Açılacaq yeni kommunikasiya xətləri “Şərq-...

    Açılacaq yeni kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq

    2021-01-13

    Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər. Görüşdən sonra Cənab Prezidentin verdiyi açıqlama isə görüşün açıq şəkildə rəsmi Bakının istədiyi formada bitdiyini göstərdi. Cənab prezident çıxışında bildirdi ki, kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir. Beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək.

  • Moskva görüşünün nəticəsi olaraq hər kəs ...

    Moskva görüşünün nəticəsi olaraq hər kəs Prezident cənab İlham Əliyevin qətiyyətini, dövlətin və xalqın milli maraqlarına sadiqliyini gördü

    2021-01-13

    Rusiyanın paytaxtı Moskvada keçirilən son görüş Cənubi Qafqazda cərəyan edəcək hərbi-siyasi proseslər baxımdan, böyük önəm daşıyır. Bu görüşün nəticələri regionda sülhün, əmin-amanlığın bərqərar olmasına təsir göstərə biləcək önəmli amillərdəndir. Yanvarın 11-də Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə keçirilmiş Moskva görüşü Azərbaycanın tarixi Qələbəsinin möhkəmlənməsində növbəti diplomatik qələbəsi kimi yadda qaldı. Azərbaycan Prezidenti cənab İlham Əliyev qalib Ordunun Müzəffər Ali Baş Komandanı kimi görüşdə iştirak etdi. Çünki Azərbaycan bu görüşdə hərbi zəfər qazanmış güclü ölkə statusunda iştirak edirdi.

  • İmzalanan üçtərəfli bəyanat regionda sabitli...

    İmzalanan üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addımdır

    2021-01-12

    11 yanvarda Moskvada Rusiya Prezidenti cənab Vladimir Putin, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş və imzalanan Bəyanat xüsusi aktuallıq təşkil edirdi. Belə ki, Moskva görüşündə əldə edilmiş razılaşmaya əsasən, regionda tamamilə yeni geoiqtisadi mənzərə yaranacaq, yeni nəqliyyat kommunikasiyaları reallaşdırılacaq. Mehri vasitəsilə Türkiyə-Naxçıvan-Azərbaycanın əsas hissəsi, Azərbaycan vasitəsilə Ermənistan-İran və Ermənistan-Rusiya nəqliyyat xətlərinin bərpası bunun bariz nümunəsidir.Nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş razılaşma sözsüz ki, separatçı və təxribatçı erməni qrupları üçün böyük zərbədir. Ermənistanın İran və Rusiya ilə Azərbaycan vasitəsilə kommunikasiya əlaqələrinin bərpası Nikol Paşinyan tərəfindən təslimçiliyin bariz nümunəsidir.

  • Müstəqil Azərbaycan dövləti bundan sonra uğu...

    Müstəqil Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcək

    2021-01-09

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.Prezident cənab İlham Əliyev müşavirədə çıxış edərək bildirib ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib və Ermənistanı məğlub edib. Azərbacan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların icrası nəticəsində Azərbacanın siyasi həyatı konstruktiv dinamikaya kökləndi. Bu istiqamətdən mövzuya yanaşdıqda qeyd etməliyik ki 2020-ci ilin fevral ayında keçirilmiş parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addımdır.Ölkə ictimaiyyətinə aydın olduğu kimi parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəldi. İlk dəfə olaraq parlamentin sədr müavini, parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələrinin seçilməsi ölkəmizin demokratik inkişafı baxımından çox böyük əhəmiyyət daşımış oldu.

  • Azərbaycanın haqq işi

    Azərbaycanın haqq işi

    2021-01-09

    Eşq olsun Azərbacan Əsgərinə, 2020-ci ilin yekununa "Nidanı" sən qoydun Azərbaycan əsgəri. Bu, o nidadir ki, Cənab prezident Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev "Qarabağ Azərbaycandır və Nida" demişdi. 2020-ci ilin yekunu ifadəsinə boşuna diqqət çəkmədim. Bəlkə də 2020-ci ilin ən həyəcan verici cümləsini seçmək istəsək müharibə dövründə bu cümlə "Prezident İlham Əliyev xalqa müraciət edəcək" cümləsi olar. O anları yaşayarkən hər bir Azərbaycan vətəndaşının Cənab Prezident müraciət edən zaman ən vacib işlərini belə dayandırıb televiziya qarşısında necə həyəcanla müraciəti izləməsinin şahidi olmuşuq və o möhtəşəm anları birlikdə yaşamışıq. Bütün bu hadisələrin və müraciətlərin yekunu olaraq diqqətimizi Cənab Prezidentin 2020-ci ilin yekununa həsr olunan müşavirədəki çıxışa çəkmək istəyirəm.

  • “Biz dünyaya göstərəcəyik ki, nəinki bu ə...

    “Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik

    2021-01-09

    “Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik”. Prezident İlham Əliyev

  • 2020-ci il Azərbaycan xalqı üçün Zəfər ili ...

    2020-ci il Azərbaycan xalqı üçün Zəfər ili oldu

    2021-01-08

    2020-ci il Prezident, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfəri ilə tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qazandığı bu tarixi qələbə hər bir azərbaycanlıya yeni həyat bəxş etdi. İqtisadi cəhətdən 2020-ci il bütün dünya üçün çətin və mürəkkəb bir il oldu. Pandemiyanın yaratdığı fəsadlar nəticəsində iqtisadiyyatımız 4 faizdən bir az çox azaldı. Dünyada görünməmiş böhranın baş verdiyi bir şəraitdə iqtisadi siyasətin qarşısında duran əsas məqsədlərdən biri azalmanı minimuma endirmək, əhaliyə və sahibkarlara dəstək göstərmək olmuşdur. Azərbaycanda hər 2 istiqamətdə dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə genişmiqyaslı işlər görülmüş, 3.5 milyard manata çatan iqtisadi dəstək proqramı icra edilmiş, 5 milyon vətəndaşı əhatə edən sosial dəstək tədbirləri həyata keçirilmişdir. Eyni zamanda, iqtisadi islahatlar da aparılmış və iqtisadiyyatın dayanıqlılığını təmin edən amillər gücləndirilmişdir.

  • 2020-ci ildə Azərbaycan siyasi, iqtisadi, hərbi...

    2020-ci ildə Azərbaycan siyasi, iqtisadi, hərbi gücü sayəsində qarşıda duran əsas vəzifəni şərəflə yerinə yetirib

    2021-01-08

    Məlum olduğu kimi, yanvarın 6-da Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Müşavirədə Prezident cənab İlham Əliyev qeyd edib ki, keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu. Bu illər ərzində beynəlxalq ictimaiyyət, Minsk qrupunun həmsədr dövlətləri tərəfindən Ermənistanın ölkəmizə və xalqımıza qarşı apardığı işğalçılıq siyasətinə faktiki olaraq göz yumulmaqda idi. Ali Baş Komandanın xəbərdarlıqlarına məhəl qoymayan Ermənistanın keçmiş və indiki rəhbərliyi 2020-ci ildə biabırçı məğlubiyyətlə barışaraq Azərbaycan qarşısında diz çökmək məcburiyyətində qaldı. Beləcə, işğalçı ölkənin siyasi və hərbi rəhbərliyi məğlub edildi, onların indiyə qədər qurmuş olduğu “yenilməz ordu” mifi darmadağın edildi.

  • AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BA...

    AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVƏ MƏKTUB

    2021-01-08

    Cənab prezident, son aylarda ölkəmizdə baş verən tarixi hadisələrə şahidlik etmək hər bir azərbaycanlı kimi mənə də sonsuz qürur hissi yaşatdı. Mənfur qonşularımız ölkəmizə ərazi iddiaları ilə çirkin oyunlara başlayanda mən Tibb Universitetinin 1-ci kursuna daxil olmuşdum. Bizim nəslin bütün gəncliyi xalqımızın başına gətirilən faciələrlə, yaşıdlarımızın ölümü, doğmalarımızın evlərindən dəhşətli şəraitdə qovulması, torpaqlarımızın işğalı kimi ağrılı-acılı illərlə keçdi. Bütün bunlarla yanaşı dünya bizim səsimizə qulaq tıxadı, faciəmizə göz yumdu, bizi günahlandırdı. Bütün xalqımız, ölkəmiz sanki sonunda işıq görünməyən bir qaranlığa gömüldü... Bu faciələr rəhmətlik Ulu Öndərimiz hakimiyyətə gələnə qədər davam etdi. Əvvəlcə atəşkəs elan etdi: çünki, dağılmış iqtisadiyyat, pərakəndə ordu ilə qələbə qazanmaq mümkün deyildi. Sonra ölkəmiz dirçəlməyə başladı: yavaş-yavaş, addım-addım. Əsrin müqaviləsi, xarici investisiyaların ölkəmizə cəlb olunması, nəhəng layihələr, iqtisadi uğurlarımız və s. Ölkəmiz inkişaf etdikcə, uğurlarımız artdıqca, böyük beynəlxalq layihələrə və tədbirlərə ev sahibliyi etdikcə millət olaraq çox sevinir, qürur duyurduq. Lakin içimizdə həmişə bir nisgil vardı, Qarabağ adlı... Xalqımızın başına gətirilən faciələr və canilərin cəzasız qalması hamımızı çox incidirdi, bir nəsil Qarabağ həsrətilə dünyadan gedir, bir nəsil də Qarabağı tanımadan, görmədən böyüyürdü. Lakin biz heç vaxt Qarabağ itkisi ilə barışmadıq, içimizdə həmişə ümid vardı, inam vardı, çünki biz dövlətimizə, rəhbərimizə güvənirdik. Nəhayət, o tarixi gün gəldi, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsi!

  • Erməni  vandalizmi  bəşəriyyətə  qarşı  t...

    Erməni vandalizmi bəşəriyyətə qarşı törədilmiş cinayətdir

    2021-01-07

    Ermənistanın Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn cinayət əməlləri ümumilikdə bəşəriyyətə qarşı soyqırım olmuşdur ! İki əsrdən artıqdır ki, Azərbaycan xalqına qarşı davam etmiş erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimiz olmuşdur. Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən problem olaraq qalır. Çünki Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törətmişdir.

  • Azərbaycan dilinin qorunması hər bir vətənda...

    Azərbaycan dilinin qorunması hər bir vətəndaşın vəzifəsidir

    2021-01-07

    Bizim ana dilimiz Azərbaycan dilidir. Azərbaycan dili bizim müqəddəs sərvətimiz və varlığımızdır. Bu dil - üzərində boy atıb, böyüdüyümüz Vətənimizin dilidir. Ana dilini qorumaq –milləti qorumaq deməkdir. Azərbaycan dilinin varlığını, saflığını qorumaq, yad təsirlərdən qurtarmaq hər bir vətəndaşın müqəddəs borcudur. Hər bir dili yaşadan, inkişaf etdirən onun xalqıdır. Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində Azərbaycan dilinin ümumişlək dilə, dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol açmasına zənginləşərək böyük nüfuz qazanmasına gətirib çıxarmışdır.

  • Qarabağ Dirçəliş Fondu ölkəmizin həyatında...

    Qarabağ Dirçəliş Fondu ölkəmizin həyatında yeni dövrün başlanğıcına təkan verəcək

    2021-01-07

    Artıq şanlı tarixə çevrilmiş ötən 2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatiya, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. İlin ən böyük mühüm uğuru isə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, möhtərəm prezident İlham Əliyev cənablarının rəhbərliyi və komandanlığı altında qazanılan şanlı tarixi Qələbəmizdir. Bu qibtə ediləcək Böyük Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olunmuş və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyulmuşdu.

əvvəlki [2] növbəti